İndoneziyada nazir köməkçilərini süni intellekt əvəzləyəcək

  • 28 Noyabr 2019

İndoneziya Prezidenti Coko Vidodo bir sıra nazir köməkçiləri vəzifələrini ləğv etmək qərarına gəlib. Onların səlahiyyətlərini süni intellekt icra edəcək.

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Mən nazirlərə üçüncü və dördüncü dərəcəli əməkdaşlarını süni intellekt texnologiyaları ilə əvəzləməyi əmr etmişəm. Onlar bürokratik işləri daha tez yerinə yetirməyə imkan verəcək”, - deyə dövlət başçısı bildirib.

İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Airlanqqa Hartartonun sözlərinə görə, bu yenilikdən, əsasən, dövlət lisenziyalarının verilməsi zamanı istifadə olunacaq. “Süni intellekt bizə risklərin avtomatik hesablaması sisteminə əsaslanaraq icazələri sənədləşdirmək imkanı yaradacaq”, - deyə məmur qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır