Yaxın günlərdə gömrükdə e-növbə sisteminin tətbiqinə başlanılacaq

  • 28 Noyabr 2019

Yaxın günlərdə gömrükdə “e-növbə” sisteminin tətbiqinə başlanılacaq.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Lənkəranda “Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər” mövzusunda jurnalistlər üçün keçirilən təlimdə Dövlət Gömrük Komitəsinin İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

O bildirib ki, təxminən 1 həftə ərzində yeni sistemin mobil versiyası hazır olacaq. Sonra sistem sınaq rejimində fəaliyyət göstərəcək və tezliklə istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır