Düyməli telefonların tədarük həcmi 21% azalıb

  • 28 Noyabr 2019

"Counterpoint Technology Market Research"in analitikləri son rübdə qlobal smartfon və düyməli telefonlar bazarında əsas tendensiyaları əks etdirən ənənəvi hesabatı dərc ediblər.

Hesabata görə, 2019-cu ilin iyul-sentyabrında qlobal smartfon tədarükü 380 milyon səviyyəsində olub. Eyni zamanda düyməli aparatların aid edildiyi "feature phone" seqmentinin tədarük həcmi 21% azalaraq 88 milyon təşkil edib.

Coğrafi məkan baxımından, Hindistan smartfon bazarında ən yaxşı nəticə nümayiş etdirib, adıçəkilən ölkədə tədarüklərin həcmi 10% artaraq 49 milyon olub. Yaxın Şərq və Afrika ölkələrində tədarük həcmi 8% yüksəlib. Çində isə 5%-lik azalma qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır