Elon Musk Tesla CyberTruckın ön sifariş sayını açıqladı!

  • 28 Noyabr 2019

Tesla şirkətinin baş direktoru Elon Musk bu yaxınlarda təqdim edilən Cybertruck seçmə modelinin 146 min ön sifariş aldığını açıqlamışdı. Musk yeni açıqlamasında ön sifariş sayının 250.000-dən çox olduğunu söyləyib.

Şirkətin ən son təqdim etdiyi Cybertruck seçmə modeli elektrikli avtomobil sənayesində sözün əsl mənasında partlayış etdi. Maraqlı dizaynı ilə diqqəti cəlb edən Cybertruck gündəmə düşməyi bacardı.

Elon Musk yeni avtomobil modelinin ön sifariş sayını tvitterdə açıqlamağa davam edir. Dünən paylaşdığı bir tvitdə ön sifariş sayının artıq 250 minə çatdığını bildirib. Bu məlumatlar şirkətin 49 saat ərzində 50.000 sifariş aldığını göstərir. Bu şirkət üçün potensial gəlirin 2 milyard dollar olması deməkdir. Əlbətdə ki, bu rezervasiyalar sifariş şəklində başa çatdırıla bilər və ya ləğv edilə bilər.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır