Samsung-un dünya smartfonlar bazarı üçün yeni bombası

  • 28 Noyabr 2019

Cənubi Koreyanın “Samsung” şirkəti dünyanın mobil cihazlar bazarında sensasiya yaratmağı hədəfə alıb.

İnsayderlərin məlumatına görə bu dəfə onun əsas “silahı” Galaxy S11+ smartfomu olacaq.

O həm texniki həm də dizayn baxımından özündən qabaqki Samsung Galaxy S11-dən tam fərqlənəcək. Cihaz Galaxy S seriyasının tarixi ərxində ən böyük ekrana sahib olan olacaq – 120 Hz təsvir.

Bundan başqa, bu model Space Zoom adlı 100 qat hibrid zoom özəllikli 108 MP-lik əsas kamera, teleobyektiv və 10 qat optik zoom özəlliyinə sahib 48 MP-lik ikinci kamera ilə təchiz olunacaq.

Təqdimatı 2020-ci ildə Mobile World Congress sərgisi çərçivəsində olacaq.

Qiyməti hələ ki məlum olmasa da, onun Galaxy S11-də qat-qat baha olacağı bəllidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər