TEXNOLOGİYA: diş protezləri üçün 3D printeri hazırlandı

  • 28 Noyabr 2019

"Formlabs" şirkəti tərəfindən diş protezlərinin çapı üçün hazırlanmış xüsusi "3D" printer stomatoloji klinikalar üçün nəzərdə tutulub.

Chip.az
"ictnews"a istinadla xəbər verir ki, yeniliyin bir neçə ay sonra satışa çıxarılması gözlənilir.

"Formlabs" şirkəti qurğuda lazer stereolitoqrafiya (SLA) texnologiyalarından istifadə edib. Bu kimi metodda maye material lazer şüasının təsiri altında qat-qat bərkiyir. Buna görə texnologiya yüksək dəqiqliyə malikdir.
Image result for Formlabs
Xüsusi proqram təminatı ilə tədarük olunacaq yeni printer "Form 3b" adlanır. Şirkətin nümayəndəsi iddia edir ki, qurğu üçün xüsusi tibbi qatranların hazırlanmasına 1 milyon dollardan çox sərmayə yatırıb. Bunun sayəsində printer tez və ucuz şəkildə koronka (diş tacı) və körpülər, təmizləyici fiksatorlar, diş implantasiyası prosedurları üçün təlimatlar, ağız boşluğu üçün xüsusi qoruyucu qurğular və hətta bütöv protezlər yaratmaq imkanına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır