WhatsApp-dan YENİLİKLƏR

  • 28 Noyabr 2019

"WhatsApp" "iPhone" istifadəçiləri üçün yeniliklər təqdim edib.

Chip.az Milli.Az-a istinadən xəbər verir ki, artıq istifadəçilər söhbət ekranının görünüşünü dəyişdirə biləcəklər. Eyni zamanda istifadəçilər mesajlar arasında sürətli dəyişiklklər edəcəklər.

İstifadəçilər "WhatsApp"da biri ilə danışarkən ikinci zəngi görə, onu gözlətdirə biləcəklər.

Həm də istifadəçilər qruplara icazə vermədən əlavə oluna bilməyəcklər. Bunun üçün "Tənzimləmələr" bölümündə hesab, gizlilik, qruplar hissəsini izləməlisiniz. Burada sizə "Hər kəs", "Dostlarım", "Bunlardan başqa dostlarım" kimi seçimlər təqdim ediləcək. İstifadəçiləri qruplara əlavə edə bilməyənlər onları özəl olaraq dəvət edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır