Justin Muzinich: Kriptovalyutalar dövlət funksiyalarını özəl sektora keçirə bilər

  • 27 Noyabr 2019

ABŞ Maliyyə Nazirinin müavini Justin Muzinich noyabrın 21-si Nyu-Yorkda keçirilən bank və ödəniş əməliyyatları konfransında çıxışı zamanı qeyd edib ki, rəqəmsal valyutalar dövlətin bəzi funksiyalarının özəl şirkətlərə verilməsinə səbəb ola bilər.

  Justin Muzinich: “Maliyyə Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri rəqəmsal valyutaların potensial olaraq mövcud qanunvericilik (vergitutma, çirkli pulların yuyulmasına qarşı mübarizə və terrorizmin maliyyələşdirilməsini tənzimləyən) bazasından yan keçərək istifadə oluna bilməsidir. Maliyyə Nazirliyi innovasiyaları yüksək qiymətləndirir lakin rəqəmsal valyutalara əsaslanan innovasiyalar “xüsusi diqqət” tələb edir. Özəl olaraq buraxılan rəqəmsal valyutalar (kriptovalyutalar) yalnız ödəmə vasitəsi deyil, həm də ənənəvi olaraq dövlət tərəfindən yerinə yetirilən bəzi funksiyaların özəl sektora verə biləcəyi vasitələrdir. Bu səbəbdən rəqəmsal valyuta bazarının iştirakçıları ictimai maraqları izləyən siyasətçilərin bu məsələlərdə ciddi mövqeyini  gözləməlidirlər.”

kriptoinvest.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır