Azərbaycanda smart tipli elektrik sayğaclara tam keçid 2023-cü ilədək təmin olunacaq

  • 27 Noyabr 2019

"Qısa müddət ərzində Azərbaycan üzrə elektrik şəbəkələrdə istifadədə olunan sayğaclardan smart tipli sayğaclara keçid təmin olunacaq".

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, "Azərişıq" ASC-nin "ASAN xidmət"lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli qeyd edib ki, hazırda "Azərişıq" tərəfindən yeni qoşulmaların təqribən 90%-i sırf smart sayğaclardır və yeni massivlərdə quraşdırılan sayğacların əksəriyyəti məhz bu tipli sayğaclardır.

 

"Ümumiyyətlə, sahə üzrə qəbul edilən müvafiq Yol xəritəsinə uyğun olaraq, 2023-cü ilədək ölkənin elektrik təchizatı sistemi "ağıllı şəbəkə"yə keçməlidir ki, burada söhbət kart sisteminə keçiddən deyil smart tipli şəbəkələrdən gedir. Kart sistemi inkişaf edən ölkələrdə artıq tətbiq olunmur. Bu gün söhbət müxtəlif növ onlayn sistemi dəstəkləyən sayğaclardan gedir. Məsələn, GSM şəbəkəsini dəstəkləyən sayğaclar. Yol xəritəsinin tələbi olaraq, bu proses gedir və hədəf olaraq qısa müddət ərzində, yəni 2023-cü ilədək bu tipli sayğaclara tam keçid təmin olunacaq", - deyə E. Rüstəmli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır