İNSANLAR PAROL DƏYİŞMƏYİ NİYƏ SEVMİRLƏR

  • 27 Noyabr 2019

Saytlar tez-tez istifadçilərdən parolun dəyişdirilməsini xahiş edirlər, ya da tələblərə cavab verməyən parolun yenisi ilə əvəzlənməsini tələb edirlər. “Google” şirkətinin həyata keçirdiyi yeni araşdırma təsdiqləyib ki, Britaniya vətəndaşlarının 80%-i bu cür hallara mənfi münasibət göstərir. Bu barədə “Daily Mail” portalının müxbiri Rayan Morrison (Ryan Morrison) yazır.

Araşdırma göstərib ki, onlayn hesabın dondurulması insanlara gündəlik narahatlıq yaradan ikinci əhəmiyyətli məsələdir. Birinci yerdə parolun itirilməsi dayanır. Britaniya sakinlərinin dörddə üç hissəsi bildirib ki, yaxın gələcəkdə parolların dəbdən düşəcəyinə və daha sadə bir vasitənin onu əvəzləyəcəyinə ümid edirlər.

“Google” şirkətindən Elayca Loul (Elijah Lawal) qeyd edir ki, “parollarla əlaqəli bu cür qanqaraçılıq lüzumsuz hərəkətlərə gətirib çıxara bilər, belə ki, nəticədə daha zəif paroldan istifadə edilə bilər, ya da müxtəlif hesablarda eyni parolla qeydiyyatdan keçə bilərlər”.

Sorğuda iştirak edənlərin cəmi 20%-i ötən bir il ərzində parolları barədə düşünmədiyini bəyan edib ki. 43% isə 5 ildən çoxdur eyni paroldan istifadə etdiyini etiraf edib.

Potensial narahatlığa baxmayaraq, ekspertlər təhlükəsizlik səviyyəsini artırmaq üçün hər hesab üçün unikal paroldan istifadə edilməsini məsləhət görürlər. Bu o deməkdir ki, cinayətkar bir hesaba hücum etməklə digər hesabdakı informasiyaya çıxış imkanı əldə edə bilməyəcək.

Dövlət tərəfindən dəstəklənən “Get Safe Online” xidmətinin məlumatına əsasən, üç təsadüfi söz seçib, ona rəqəm və durğu işarəsi əlavə etməklə təhlükəsiz parol yaratmaq olar. Ekspertlər həmçinin hakerlərin istifadəçilərlə assosiasiya etməyəcəyi, yaxşı yadda qalan ifadələrin ilk hərflərini vahid ardıcıllıqda birləşdirməyi məsləhət görürlər. İnternetdə təhlükəsizliyi artırmaq üçün insanlar öz parollarında aşkar şəxsi informasiyadan istifadə etməməlidir.

(...) Böyük Britaniya Dövlət Rabitə Mərkəzinin informasiyasına əsasən, ən çox tapılan parollar “qwerty” və “123456” olub. Həmin parollardan milyonlarla insan istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır