Vochi startapı yeni aplikasiya təqdim edib

  • 26 Noyabr 2019

Belorusiyanın “Vochi” startapı smartfonlar üçün Vochi Video Effects tətbiqini təqdim edib. Onun sayəsində istifadəçi videodakı ayrı-ayrı predmetlərə müxtəlif effektlər verə biləcək.

Tərtibatçılar şəkil və ya videodakı obyektləri sonrakı emal üçün ayıran neyroşəbəkəni öyrəniblər. İstifadəçi çarxı yükləyir, obyekti seçir və sonra ona bibliotekadan effekt ( məsələn,Glitch və ya Cloned) əlavə edir.

Bütün dəyişikliklər real zaman rejimində baş verir və şirkətdən bildirirlər ki, emal videonun keyfiyyətinə heç bir mənfi təsir göstərmir.

İstənilən ölçü və həcmdə video yükləmək mümkündür. Amma hələ ki, emaldan sonra tətbiq, çarxı maksimal Full HD genişlənməsində göstərəcək, çünki sosial şəbəkələr üçün video redaktəni əhatə edir.

Tətbiqi App Store-dan yükləmək olar. 2020-ci ilin yanvarında şirkət Android üçün olan versiyanı buraxacaq.

Pro-versiyanın aylıq qiyməti 5,99 dollar, illik qiyməti isə 49,90 dollardır. Pulsuz versiyada istifadəçi əlavə effektlər də aça bilər, amma bunun üçün reklama baxmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər