Huawei Vision televizorunun 75 düymlük versiyası nümayiş olunub

  • 26 Noyabr 2019

“Huawei” şirkəti “Vision” “ağıllı” televizorunun yeni versiyasını təqdim edib.

Chip.az “ICTnews”a istinadən yazır ki, bundan əvvəl 65 düym diaqonallı versiyası buraxılan “Huawei Vision” modelinin hazırda 75 düymlük versiyası satışa çıxarılıb. Yeni televizor xarici görünüşünə görə ölçüsü istisna olmaqla əvvəlki modeldən fərqlənmir. 100 faizlik “NTSC” rəng əhatəsi və 120 QHs takt tezlikli yenilənmə ilə kvant pikselli eyni matrisanın istifadə olunduğu televizor rəng diapazonunun genişləndirilməsi üçün “HDR Boost” rejimini və görüntünün korrektəsi üçün süni intellektdən istifadəni dəstəkləyir.

Təqdimat zamanı şirkət əməkdaşları bir televizora eyni anda iki smartfonun qoşulması barədə məlumat veriblər. Nümunə kimi onlar tərəfindən bu funksiyanın kooperativ oyunlar üçün istifadəsi nümayiş olunub. Bundan başqa, yeni TV jestlər vasitəsilə idarəetməni dəstəkləyir. Belə ki, əli tərpətməklə videonu irəli çəkmək və ya dayandırmaq mümkündür. Hazırda bu funksiyanın istehsal xəttinə aid bütün televizorlarda və ya yalnız 75 düymlük modeldə tətbiq ediləcəyi məlum deyil.

Qiyməti 1848 dollar təşkil edəcək 75 düym diaqonallı yeni “Huawei Vision” televizoru dekabrın 24-dən etibarən satışa çıxarılacaq. Müqayisə üçün qeyd edək ki, 65 düymlük modelin qiyməti 995 dollardır. Televizorun Çindən başqa digər ölkələrdə satışa çıxarılacağı barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır