İnəklər eynək taxdılar, daha çox süd verdi

  • 26 Noyabr 2019

Moskva yaxınlığında yerləşən fermaların birində inəklərin gözlərinə virtual eynəklər taxılaraq sınaqdan keçirilib.

 

Məlumatı Moskva vilayətinin Kənd Təsərrüfatı və Ərzaq Tədarükü Nazirliyi yayıb.

 

Ehtimal edilir ki, inəklər “VR” (virtual reallıq) eynəklərdə özlərini daha rahat və sərbəst hiss edəcəklər.

 

İlk sınaqdan sonra inəklərdə gərginliyin azalması, əhval-ruhiyyələrinin yaxşılaşması müşahidə olunub. Görüntülərdə yay fəslində otlaqların nümayiş etdirilməsi heyvanlarda süd artımına səbəb olub.

 

Cihazların hazırlanmasında veterenarlar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər