Bill Qeyts: Huawei həmişə innovativ şirkət olub

  • 26 Noyabr 2019

Amerikalı milyarder və "Microsoft" korporasiyasının həmtəsisçisi Bill Qeyts hesab edir ki, "Huawei" həmişə innovativ şirkət olub. O, bu yaxınlarda Pekinə səfəri zamanı Çin mediasına belə deyib.
Qeyts müsahibələrindən birində Çinin qabaqcıl texnologiya şirkətinə sahib olduğunu söyləmişdi. O, həmçinin bildirib ki, "Huawei" şirkəti "5G" texnologiyasını dəstəkləyən ucuz qurğular hazırlayır və beləcə başqa cihaz istehsalçılarını müasir texniki xüsusiyyətlərə malik ucuz smartfonların istehsalına məcbur edir.
Bundan başqa, Bill Qeyts ABŞ və Çin əməkdaşlığının texnologiyaların inkişafına müsbət təsir göstərəcəyi fikrindədir.

olaylar.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır