Bu ilin dekabr ayının son dekadasında Bakıda "ASAN Assosiasiyası"nın yaradılması ilə bağlı beynəlxalq tədbir keçiriləcək.
Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.
Onun sözlərinə görə, assosiasiyanın yaradılması ilə bağlı cari ilin iyun ayında niyyət protokolu imzalanıb və dekabr ayında sözügedən assosiasiyanın rəsmi təməlqoyma mərasimi keçiriləcək.