Bitcoin may ayından etibarən ən aşağı həddə düşüb

  • 26 Noyabr 2019

"Bitcoin"in dəyəri bu ilin may ayından etibarən ən aşağı həddə – 6 558,14 ABŞ dollarınadək enib.

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, kriptovalyutanın dəyəri son bir ay ərzində 3 min dollar azalıb. Buna səbəb kimi Çinin "Bitcoin"lə görülən əməliyyatları daha ciddi nəzarətə götürməsidir.

Qeyd edək ki, 22 noyabrdan bu yana "Bitcoin" dəyərini 11% itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır