Elon Musk, şüşə skandalına baxmayaraq avtomobil üçün 200 min sifariş aldığını açıqladı

  • 26 Noyabr 2019

Tesla şirkətinin İcraçı direktoru İlon Mask (Elon Musk), təqdimatında yaşanan "şüşə skandalı"na baxmayaraq 2021-ci ilin sonunda bazara çıxması gözlənilən elektrikli pikapı "Cybertruck" üçün 200 min ədəd sifariş aldığını açıqlayıb.

Chip.az "Marja"-ya istinadən xəbər verir ki, keçən həftə Kaliforniyada təşkil edilən təqdimatda bucaqlı xəttlərə malik, polad gövdəli avtomobilin "qırılmaz" deyilən şüşələri səhnədə qırılmış və Cümə günü Tesla-nın səhmləri 6% dəyər itirmişdi.

Bu ucuzlaşma nəticəsində Musk-ın fərdi sərvətinin bir gündə 768 milyon dollar azalmışdı.

Elon Musk, dünənki "Twitter" mesajında avtomobilin fərqli modellərinə heç bir reklam vermədən indiyə qədər 146 min sifariş aldıqlarını söyləyib. Musk daha sonra yenə "Twitter"dən sifarişlərin 200 min ədədə çatdığını açıqlayıb.
"Cybertruck"ın iki şüşəsi səhnədəki dayanıqlılıq testi əsnasında qırılmışdı.


Səhnədə, Teslanın baş dizayneri Franz von Holzhausen avtomobilin nə qədər dayanıqlı olduğunu göstərmək üçün ön sol şüşəyə yaxın məsafədən bir metal top atdı. Şüşə qırıldı. Bu sırada Holzhausenin yanında olan Musk-un söyüş söydüyü eşidilib.

Holzhausen eyni təcrübəsni sol arxa şüşədə də təkrarladı. Bu şüşə də qırıldı. Musk, "Top içəriyə girmədi. Bu müsbət tərəfi. Biz sınayarkən şüşəyə Qayka açarı atdıq qırılmadı. İndi niyə qırıldı bilmirəm" demişdi.

3 SANİYƏDƏ 100 KM-Ə ÇATIR

Üç saniyədə 100 kilometr sürətə çata bildiyi qeyd edilən "Cybertruck"ın təxminən 40 min dollarlıq ən ucuz modeli, bir dəfə enerji toplamaqla 402 kilometr gedə bilir. 69 min 900 dollarlıq modelin mənzili isə 804 kilometrdir. 6 nəfərlik avtomobil 1587 kiloqram yük daşıya bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır