ŞOK! 1 milyard avroluq qarət - FOTOLAR

  • 26 Noyabr 2019

Almaniyanın Drezden şəhərində Avropanın ən böyük xəzinə kolleksiyasının olduğu Green Vault muzeyinə oğrular girib. Təxminən bir milyard avro dəyərində xəzinə və tarixi əsər oğurlandığı bildirilir.  

Avropanın ən qədim və böyük xəzinələrindən birinə malik olan muzəyə girən oğruların tarixi hissəni qarət etdiklərinin bildirən polis oğurlanmış əsərlər haqqında məlumat vermir.

Almaniyada nəşr olunan Bild qəzetinin verdiyi məlumata görə muzeyin elektrik qovşağı oğruluqldan bir az əvvəl baş vermiş yanğın nəticəsində sıradan çıxarılıb. Muzeyə elektrik verilməsini təmin edən şirkət bu faktı təsdiq etsə də iki hadisə arasında əlaqənin olub olmamasını hal hazırda araşdırıldığını bildirdi.

Muzeyə kiçik bir pəncərədən girən oğrular zinyət əşyaları başda olmaqlar təxminən 1 milyard avroluq dəyərində eksponatları özləri ilə apara biliblər. Saksoniya vilayəti polisi Twitter hesabından faktı təsdiq edərək cinayət yerində tədqiqatlara başlandığını bildirdi.

Muzeydəki 10 zalda zinət əşyaları, qızıl, gümüş, qiymətli daş – qaşlardan hazırlanmış 3 minə yaxın eksponat mövcüd idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır