Bugatti ucuz qiymətə elektrik avtomobili istehsal edəcək

  • 26 Noyabr 2019

Bugatti şirkəti "Chiron" modelindən iki və iki dəfə yarım ucuz qiymətə elektrik modeli istehsal etmək niyyətindədir.

Chip.az sonxeber.az-a istinadən xəbər verir ki, Bugatti üçün ucuz qiymət deyiləndə 500 min-1 milyon avro nəzərdə tutulur.
Şirkətin rəhbəri Stefan Vinkelmann bəyan edib ki, artıq "Volkswagen" konserinin rəhbərliyi ilə danışıqlar aparılır. Şirkət ikinci modelin istehsalına maliyyə ayıracaq.
Elektriklə çalışan model şirkətin istehsal həcmini artıracaq. Əgər Bugatti il ərzində 100 model istehsal edirsə, yeni model hesabına bu rəqəm altı dəfə artacaq.
Elektrik modeli kimi ya dördnəfərlik qran-turer, ya da sürətli crossover üzərində düşünülür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır