“WhatsApp” təkmilləşdiriciləri müəyyən vaxt ərzindən sonra ismarıcları avtomatik silməyə imkan verəcək yeni funksiyanı test edir.
Chip.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “İsmarıcların silinməsi” funksiyası Android əməliyyat sistemi üçün nəzərdə tutulan mesencerin 2.19.348 beta-versiyasında var.
Mesencerin test rejimində olan funskiyasını “Kotakt haqda informasiya” və ya “Çatın qrup quraşdırmaları”na daxil olaraq işə salmaq olar.
Bununla yanaşı, istifadəçi ismarıcın “ömrünü” 1 saat, 1 gün, 1 həftə, 1 ay və 1 il təyin edə bilər.