Çində mobil cihazlar vasitəsilə ödənişlərin sayı 61 faiz artıb

  • 25 Noyabr 2019

Cari ilin üçüncü rübündə Çində mobil cihazlar vasitəsilə ödəmələrin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61 faiz artaraq 27,27 milyarda çatıb.

Chip.az AZƏRTAC-a istinadla xəbər verir ki, rüb ərzində mobil ödənişlərin ümumi məbləği 31,52 faiz çoxalaraq, 86,11 trilyon yuan (təxminən 12,2 trilyon ABŞ dolları) olub.

Qeyd edək ki, Çində mobil cihazlar vasitəsilə onlayn ödəniş xidmətlərindən istifadə edənlərin sayı 850 milyon nəfərə yaxındır. Ölkədə “Alipay” və “Wechat” platformaları mobil cihazlar vasitəsilə ödəniş xidmətləri təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır