Skoda Kamiq GT modelinin eskizini dərc edib - FOTO

  • 25 Noyabr 2019

Skoda şirkəti kupeşəkilli Kamiq GT seriya krossoverinin tizerini dərc edib. Yeni krossover 4 noyabr tarixində təqdim olunmalıdır. Model yalnız Çin bazarında satılacaqdır.

Kupeşəkilli krossoverin dizaynı artıq sirr deyil - rəsmi eksizlərindən öncə, avtomobilin Çinin Sənaye nazirliyinin məlumatlar bazasında dərc edilmiş şəkilləri peyda olub. Adi Skoda Kamiq modeli kimi, GT modeli də Rapid liftbekinin PQ25 platformasında inşa edilib. Xatırladaq ki, Avropada satılan eyni adlı model MQB modul platformasına əsaslanır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Skoda Kamiq GT modelinin qabarit uzunluğu 4409 mm, eni - 1781 mm, təkər bazası isə 2610 mm təşkil edir. Ölçülərinə görə yeni krossoveri başqa bir kupe-krossover - Renault Arkana ilə müqayisə etmək olar. Fransız markasının modeli 136 mm uzun və 39 mm enli, təkər bazası isə 111 mm genişdir.

Kamiq GT modeli 110 at qüvvəli 1,5-litrlik benzin mühərriki ilə təklif ediləcəkdir. Bundan başqa, krossoveri 115 at qüvvəli 1,6-litrlik turbodizel ilə də sifariş etmək mümkün olacaqdır.

Milli.Az

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır