Alimlər Rəqəmsal kəmağıllıq adlı yeni xəstəlik barədə həyəcan təbili çalır - MARAQLI

  • 23 Noyabr 2019

Cənubi Koreya həkimləri “rəqəmsal kəmağıllıq” adlı yeni xəstəliyin yaranması barədə həyəcan təbili çalıblar.

Bu, çox sürətlə insanın idrak qabiliyyətinin aşağı düşməsini xarakterizə edir. Mütəxəssislər deyirlər ki, əsas risk qrupu – yeniyetmə çağında müxtəlif qadjet və kompüterdən istifadə edənlərdir.

Koreya həkimləri bunun ilk simptomlarını hələ 20 il bundan öncə qeydə alıblar. Onlar aşkar ediblər ki, informasiya texnologiyalarından qeyri/rasional istifadə nəticəsində beyinin sol yarımkürəsi inkişaf edir, sağ yarımkürə isə dayanır. Bunun nəticəsində gənc insanlar inkişafdan qalırlar ki, bu da müxtəlif növlü kəmağıllıq əmələ gətirir. Cənubi Koreya hökuməti məcburiyyət qarşısında qalıb, bütün ölkə üzrə kompüter və “Dünya Hörümçək Toru”ndan asılı olanlar üçün xüsusi kursların yaradılmasına qərar verib.

Yeri gəlmişkən, 10-12 il bundan öncə ABŞ-da elektron kitabların ortaya çıxması ilə yaranan bum son iki ildə sönməyə başlayıb. 2015-ci ilin sorğularına görə yalnız 12 faiz amerikalı elektron kitab alıb. 59 faiz respondent bildirib ki, elektron kitab almaq istəmirlər.

moderator.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır