Vaşinqton Tehranla gərginliyin artması fonunda bölgədəki hərbi mövcudluğunu artırmaqda, Səudiyyə Ərəbistanına əlavə olaraq hərbi qulluqçu və hava hücumundan müdafiə sistemləri göndərməkdə davam edir.
Chip.az ordu.az-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Yuta ştatında yerləşən F-35 eskadriliyasını Birləşmiş Ərəb Əmirliklərinə göndərib.
Qeyd olunur ki, ABŞ ordusunun 388-ci döyüş qanadının komandiri polkovnik Steven Behmer, 34-cü və 466-cı döyüş heyətləri də Yuta ştatından BƏƏ-dəki Əl-Dafra aviabazasına yollanıb.