Xiaomi naqilsiz isidici stəkan təqdim etdi

  • 23 Noyabr 2019

Çinli texnologiya şirkəti Xiaomi, gündəlik həyata toxunduğu kiçik məhsullarına bir yenisini daha əlavə etdi. Şirkət, 10 W sürətli enerji dəstəyinə sahib naqilsiz enerji stansiyasıyla işləyən isidici stəkanını tanıtdı.

Chip.az deyerler.org-a istinadən bildirir ki, Çinin Xiaomi şirkəti artıq həyatımızın hər sahəsində tanımağa başladıq. Smartfon sahəsində əldə etdiyi müvəffəqiyyətin üzərinə gündəlik həyat üçün texnologiyalar yaradan şirkətin son məhsulu da olduqca maraqlı oldu.

Xiaominin yeni stəkanı, özünü davamlı 55 santigrat dərəcədə saxlaya bilir. Bunu edə bilməsi üçün lazımlı enerjini isə naqilsiz enerjidən alır. Xiaomi şirkəti hesab edir ki, bu üsul, ənənəvi su isitmə üsullarından çox daha etibarlıdır. Stəkanın istiləşməsini təmin etmək üçün naqilsiz enerji stansiyasına qoymaq kifayətdir.

Naqilsiz enerji ilə istilənən stəkan, dörd saat ərzində qeyri-aktiv halda qalsa, güc qənaəti təmin etmək üçün yuxu rejiminə keçir. Bununla yanaşı stəkanla birlikdə gələn naqilsiz enerji stansiyası, telefonunuzu da enerji ilə təmin edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər