Epilepsiya tutmasını 1 saat əvvəldən təxmin edən süni intellekti

  • 23 Noyabr 2019

Yeni süni intellekt sistemi, epilepsiya tutmalarını 99.6% düzgünlüklə təxmin edə bilir.

Beyin içərisində olan sinir hüceyrələrinin, qeyri-adi bir elektro-kimyəvi boşalma etməsi nəticəsi ortaya çıxan nevroloji bir pozuntu olan epilepsiya, olduqca zəiflədici bir xəstəlikdir.

Luiziana Universitetindən Hişam Davud və Maqdi Bayominin yaratdığı yeni süni intellekt, epilepsiya tutmalarını 1 saat əvvəldən təxmin edə bilir.

Araşdırmaçılar, yeni süni intellekt sistemini, Boston Uşaq Xəstəxanasında olan 22 xəstə üzərində təcrübədən keçirdi və 99,6%-lik düzgünlük nisbətinə çatdı.

Araşdırmaçı Hişam Davud bu barədə belə deyib: "Erkən təxmin və yüksək düzgünlük üçün, süni intellekti hər xəstə üçün ayrı-ayrı öyrətmək lazımdır. Bundan əlavə, bu üsul, geyilə bilən elektrodlar vasitəsilə xəstələrin zahirində belə tətbiq oluna bilər".

Hişam Davud və qrupu bu anda, alqoritmləri işləmək və məhsuldar bir formada bu üsulu tətbiq etmək üçün, xüsusiləşdirilmiş bir kompyuter çipi üzərində işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır