Qara Cümə yoxsa Yalan Cümə? - Dəhşətli fırıldaq - FOTOLAR

  • 22 Noyabr 2019

ABŞ və İngiltərədə böyük endirimlərin edildiyi “Black Friday” (Qara Cümə), Türkiyədə xəyal qırıqlığı ilə yadda qaldı. Belə ki, firmalar birinci qiymətləri yüksəldib, daha sonra sözdə endirim ediblər.

 

Chip.az 365. az-a istinadən xəbər verir ki, artıq elektron-ticarət və pərakəndə satış sektorunda alış-veriş çılğınlığı başlayıb. ABŞ və İngiltərədə böyük endirimlərlə tanınan Black Friday, bənzər adlarla Türkiyədə də tətbiq edilməyə başlasa da xəyal qırıqlığı oldu. Qara Cümə, Əfsanə Cümə, Şəhanə Cümə adları ilə firmalar, yüzdə 90%-ə yaxın edirim edəcəklərini açıqlayıb.

 

Bəzi firmalar qiymətləri əvvəlcə şişirdib, daha sonra isə normal səviyəyə salıblar. Bu hərəkət alıcıların qəzəbinə səbəb olub. Bəzi firmaları çıxmaq şərti ilə digər firmalar endirimlərini sezon boyu etdikləri taktika ilə davam etdirdilər.


Sosial mediada müzakirə yaradacaq şəkillər:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır