Blockchain ilə buraxılan ilk aviabilet

  • 22 Noyabr 2019

Almaniyanın Hahn Air şirkəti real vaxt rejimində blockchain-servis ilə aviabilet almağa imkan verən dünyanın ilk avia şirkəti oldu. Şirkətdən verilən məlumata əsasən noyabrın 18-dən etibarən Dusseldorf – Lüksemburq reysi ilə hərəkət edən sərnişinlər blockchain biletlərindən istifadə edə bilərlər. Blokçeyndə sifariş edilmiş biletlərdən istifadə edən ilk sərnişinlər məhsulun yaradıcıları: Hahn Air-in satış rəhbəri Frederik Nowotny, Winding Tree-nin yaradıcısı Maksim İzmailov və İT üzrə direktor David Montali olub.

       İsveçrənin Winding Tree şirkəti ilə birlikdə hazırlanmış servis baqaj siyahısını tərtib edə, qabaqcdan edilmiş bilet sifarişlərini idarə edə və sifariş prosesini başa vurduqdan sonra ödənişləri emal edə bilər. Bundan əlavə, platforma tamamilə təhlükəsizdir çünki bütün lazımi müştəri məlumatları paylanmış reyestr texnologiyasından istifadə etməklə saxlanılır.

hahnair-111919-lt.jpg

kriptoinvest

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır