Almaniya Rəqabət Təşkilatının Federal Kartel İdarəsi, polad satın almaq üçün kartel yaratdıqlarına görə BMW, Daimler ve Volkswagen şirkətlərini cəmi 100 milyon Avro cərimələdiyini açıqlayıb.
Chip.az "Marja"-ya istinadən xəbər verir ki, Federal Kartel İdarəsi (The Bundeskartellamt) tərəfindən verilən açıqlamada, Alman avtomobil istehsalçılarının 2004-2013-də polad satın alışları ilə əlaqəli qeyri-qanuni hərəkətlərinə görə 100 milyon avro cərimələndiyi qeyd edilib.
Açıqlamada, BMW, Daimler və Volkswagenin polad tədarükçülərdən polad alışları üçün ödədikləri qiymətləri qanunsuz olaraq koordinasiya etdikləri qeyd edilərək bu vəsilə ilə yaradılan qiymətlərin ən azı 2016-cı ilə qədər ödəndiyi qeyd edilib.
Avtomobil istehsalçılarının cəriməni qəbul etdiklərinin qeyd edildiyi açıqlamada, polad satışı qiymətinin avtomobilin son dəyərinin 1%-dən azına bərabər gəldiyi vurğulanıb.
BMW-nin 28 milyon avro, Daimler-in 23,5 milyon Avro, Volkswagen-in isə 48,5 milyon avaro cərimə ödəyəcəyi şirkətlər tərəfindən açıqlanıb.