StartupFest 2019 çərçivəsində Product Hunt Meetup tədbiri təşkil olunub

  • 21 Noyabr 2019

“StartupFest 2019″un ilk günü keçirilən növbəti tədbir beynəlxalq lisenziyalı “Product Hunt Meetup” olub. Tədbirdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti, “Product Hunt”a daxil olan “Nextsale” startapının həmtəsisçisi Taleh Kərimli spiker qismində çıxış edib. O, “Product Hunt”ın startaplar üçün əhəmiyyəti, startapların “Product Hunt”a necə daxil olması haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, dünyada il ərzində “Product Hunt Meetup” adı altında 500-dən çox tədbir təşkil olunur. Tədbirin Bakı şəhərində keçirilməsi üçün 6 ay bundan öncə rəsmi lisenziya verilib. Bununla da tədbirin keçirildiyi Qana, Nyu-York, Ostin, Tel-Əviv, Dubay, Honk-Konq, Tokio, Toronto, Amsterdam kimi şəhərlər sırasına Bakı şəhəri də daxil olub.

“Product Hunt” istifadəçilərin yeni məhsullarını paylaşmağa imkan verən veb saytdır. İstifadəçilər gündəlik olaraq portalda texnologiya məhsulları, oyunlar, kitablar və podkastlar kimi məhsullar təqdim edirlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər