Azərbaycanda elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 60%-i keçib

  • 21 Noyabr 2019

Vergilər Nazirliyi malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimədən istifadə edilməsi ilə bağlı nəzarəti gücləndirib.

Chip.az "Report"-a istinadən xəbər verir ki, bunu Vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, bununla bağlı istehsal və ticarət sektorunda çalışan sahibkarlıq subyektləri ilə geniş maarifləndirmə işləri aparılıb: "Bu sahədə Nazirliyin tələbləri onlarla çatdırılıb. Həmin tədbirlər artıq nəticəsini verir. Belə ki, bu ilin 6 ayında elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 61,3% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur. Müsbət meyllərdən biri istehsal və topdansatış üzrə toplam dovriyyənin 13,8%, o cümlədən elektron qaimə ilə rəsmiləşən dovriyyənin 37,1% artmasıdır. Nəticədə istehsal və topdansatış üzrə elektron qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisi 65,1%-dən 78,4%-ə yüksəlib. Elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcmi topdansatış ticarətdə 42%, pərakəndə ticarətdə 50%, istehsalda isə 30 faiz artıb". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır