Avstraliyada Əşyalar interneti-nin təhlükəsizliyinin təmini üzrə kodeks layihəsi hazırlanıb

  • 21 Noyabr 2019

Avstraliya hökuməti “Əşyalar interneti”nin (IoT) təhlükəsizliyinin təmini üzrə kodeksin layihəsini dərc edib. Sənəd 1 mart 2020-ci ilədək davam edəcək ictimai müzakirəyə çıxarılıb.

Chip.az ICTnews-a istinadən yazır ki, sənayeyə kibertəhlükəsizliyin təmini üzrə ən yaxşı tövsiyə və məsləhətlər təqdim edəcək “Code of Practice: Securing the Internet of Things for Consumers” adlı kodeks “ağıllı” televizor, “saat” və ev səsli kolonkaları kimi internetə qoşulan gündəlik intellektual cihazlar daxil olmaqla bütün “IoT” qurğularını əhatə edir.

Kodeks üç səhifədə ətraflı şərh edilən 13 prinsipə əsaslanır. Ən yüksək prioritetli ilk üç prinsipə quraşdırılmış təkrar və ya zəif parolların olmaması, boşluqların (qurğu istehsalçıları, xidmət tədarükçüləri və proqram tərtibatçıları ümumistifadəli kontakt nöqtəsinə malik olmalıdır) aşkarlanması üzrə siyasətin tətbiqi və proqram təminatının, o cümlədən interfeysin daim yenilənməsi daxildir.

Bundan başqa, kodeksdə hesab məlumatlarının təhlükəsiz saxlanılması, fərdi informasiyanın mühafizəsi və məlumat saxlama sistemləri və internetdə məlumatlar üçün adekvat sahəvi şifrləmə standartının tətbiqinin təmini üzrə tədbirlər nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır