Tramp, Apple şirkətini Çindən aldığı malların rüsumlarından azad olma ehtimalını açıqlayıb

  • 21 Noyabr 2019

ABŞ prezidenti Donald Tramp "Apple"ın Çindən ona gələn malların gömrük rüsumlarından azad edilməsinin mümkünlüyünü nəzərdən keçirib.

Chip.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə başçısı "Apple" şirkətinin baş direktoru Tim Kuk ilə birgə Texas ştatının paytaxtı Ostində şirkətə məxsus kompüter yığma müəssisəsini ziyarət etdikdən sonra jurnalistlərə deyib.

D.Tramp əlavə edib: "Biz "Apple" şirkətinə "Samsung"la eyni münasibət bəsləməliyik".

Avqustun 20-də Donald Tramp "Apple" öz istehsalını Çindən köçürülməli olduğunu bildirib. ABŞ prezidentinin sözlərinə görə, iyulun ortalarından avqustun sonunadək ÇXR-sı xarici şirkətlərin zavodlarını Birləşmiş Ştatların gömrük rüsumları tətbiq etmədiyi ölkələrə köçürdüyü üçün 2 milyard dollar itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır