İlk dəfə: Bakutel - 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində möhtəşəm Robopark!

  • 20 Noyabr 2019

İnformasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmayan Bakutel sərgisi həmçinin, işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.

Sərginin rəsmi informasiya dəstəkçisi Chip.az xəbər verir ki, həmçinin bu il 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və səbirsizliklə gözlənilən sərgilərindən biri - "Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar” 2019 sərgisi öz 25 illik yubileyini qeyd edir.

Qeyd edək ki, bu il sərgi qonaqlarını daha geniş ekspozisiya sahəsi ilə yanaşı, daha çox sayda milli stend və İT sahəsinin texnoloji yenilikləri, eləcə də ən son nailiyyətlərinin təqdimatı gözləyir. Sərgidə təqdim olunacaq ən yeni və son robot modellərə Las-Veqasdan Pepper humanoid robotu, Robot balıqlar, Dünyaca məşhur robot rəssam, Müxtəlif Sumo, Güləş və Dron yarışları Kosmo zonası, 6 metrlik uçan astronavt, sizi təəccübləndirəcək 20-dən çox interaktiv zona və hamının sevimlisi Robot pianoçu Robotlar daxildir.

Sərgi haqqında daha ətraflı məlumat burada: https://bakutel.az/az-main/ (Dəvətnaməni vaxtınıza qənaət etməklə əldə edin.)

İrəliləyən günlərdə daha ətraflı məlumatlar əldə etmək üçün sərginin rəsmi Facebook hesabını ( https://www.facebook.com/bakutel/ ) izləyə bilərsiniz.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər