MTRŞ ANS televiziyasının tezliyini də müsabiqəyə çıxarır? - AÇIQLAMA

  • 20 Noyabr 2019

Bir müddət öncə Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan etdi. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə Bakı və Abşeron ərazisində noyabrın 12-də başlayıb və dekabrın 12-dək davam edəcək. Müsabiqəyə çıxarılan həmin 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

Bu məsələ mətbuatda yayılandan sonra iddialar ortaya atıldı ki, MTRŞ bağlanan ANS televiziyasının da tezliyini müsabiqəyə çıxaracaq.

Chip.az Modern.az-a istinadən xəbər verir ki, hələlik ANS telekanalının tezliyinin müsabiqəyə çıxarılması gündəmdə deyil:

“Şura zərurət gördüyü halda hansısa televiziya və radio tezliyini müsabiqəyə çıxara bilər. Amma hazırda bu məsələ gündəmdə deyil. Buna baxmayaraq, ANS telekanalının televiziya tezliyi istifadəyə yararlıdır. Amma dediyimiz kimi, bu o demək deyil, müsabiqəyə çıxarılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır