Pentaqon araşdırması: Yaxın Şərqdə İranın raket arsenalının rəqibi yoxdur

  • 20 Noyabr 2019

Pentaqonun araşdırmasına görə, on illərlə davam edən sanksiyalara baxmayaraq, İran raket arsenalını inkişaf etdirməyə müvəffəq olub.

Chip.az ordu.az-a istinadən xəbər verir ki, bu arsenal İsrail də daxil olmaqla digər Yaxın Şərq ölkələrinin raket arsenalından daha böyükdür.

Hesabatda qeyd olunub ki, İranda mənzili 2000 kilometrə qədər olan raketlər istehsal edilir, bunlar Səudiyyə Ərəbistanına qədər çata bilər. Buna nümunə olaraq, 2017-ci ildə nümayiş olunan çoxsaylı döyüş başlığı daşıya bilən 2000 kilometr mənzilə sahib “Xoramşəhr” raketini göstərmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır