Apple, proqramistlər üçün yeni mobil tətbiq təqdim etdi!

  • 20 Noyabr 2019

Apple dünən proqramistlərin “Worldwide Developers Conference” tədbirindən xəbərdar olmağı üçün təqdim etdiyi WWDC tətbiqini yeniləyib və onlar üçün Apple Developer adlı yeni mobil tətbiqi təqdim edib.

Tətbiqdə tədbir xəbərləri, eləcə də məqalələr, videolar, proqram xəbərləri, dizayn və texniki məsələlərə dair yeniliklər kimi mühüm mənbələr yer alacaq. Bundan əlavə, tətbiq proqramistlərin Apple Developer proqramına daxil olmaq və üzv olmağa davam etmək üçün yeni bir yol kimi təklif olunur.

Bu yeni tətbiq ilə Apple-ın məqsədi proqramçılar üçün cəlbedici məzmun təklif etməkdir deyə bilərik. Şirkət tətbiqetmədə ətraflı uzun məqalələr təqdim etmək əvəzinə mobil tətbiqetmədən istifadə edilə bilən həb məlumatlarına üstünlük verirlər.

Son illərdə Apple Developer cəmiyyəti beynəlxalq səviyyədə artım nümayiş etdirib. İndoneziyadakı proqramist cəmiyyətinin üzvləri il ərzində 60%, Brazilyadakı Apple Developer Academy üzvləri isə 50% artıb.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır