Çin hərbçiləri blokçeyn texnologiyasından istifadə edə bilər

  • 20 Noyabr 2019

Çin ordusu kadr məlumatlarını idarə etmək, təlim və tapşırıq performanslarını artırmaq üçün blokçeyn texnologiyasından istifadə edə bilər.

Chip.az ordu.az-a istinadən xəbər verir ki, Çin ordusunun nümayəndəsi blokçeyn texnologiyasının idarəetmə sahəsində əhəmiyyət kəsb etdiyindən orduda istifadəsinin hərbi idarəetmənin innovativ inkişafına təkan verə biləcəyini qeyd edib.

Bildirilir ki, texnologiya vasitəsilə hərbi məlumatlar, hərbçilərin karyera yolu, tapşırıq və mükafatları da daxil olmaqla onların əsas məlumatları saxlanıla bilər.

Qeyd olunub ki, blokçeyn eyni zamanda məlumatların daha təhlükəsiz ötürülməsini təmin edəcək və hərbçilərə məxfiçilik baxımından üstünlük verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır