ABŞ-da Yer kürəsi xaricində həyat axtarışları aparan “Paradiqma” Araşdırmalar Qrupunun (PRG) qurucusu Stefan Bassett yadplanetlərin tez-tez dünyadakı nüvə silahlarına müdaxilə etdiklərini bildirib.
Chip.az teleqraf.com-a istinadən xəbər verir ki, Bassett yadplanetlilərin sahib olduğu hərbi texnikaların nüvə silahlarından daha güclü olduğunu deyib.
“Star Online” qəzetinə danışan Bassett yadplanetlilərin Yerdə baş verən hadisələrə müdaxilə edə bildiyini vurğulayıb:
“Onların qarşısında nə qədər zəif olduğumuzu göstərmək üçün Yerdəki bütün nüvə silahlarına müdaxilə edə bilirlər. Müəyyən vaxtlarda bu silahları açıb-bağlayırlar”.
Bunun bir təhdid yox, mesaj olduğunu iddia edən Bassett yadplanetlilərin insanlar üçün zərərsiz olmasına da diqqət çəkib:
“Qəti şəkildə bizim üçün zərərsizdirlər. Bizə bununla “Niyə nüvə silahlarından imtina etmək istəmirsiniz?” demək istəyirlər. Yadplanetlilər nüvə silahlarını rədd edir”.
Buna oxşar bir açıqlama 2008-ci ildə ABŞ Hava Qüvvələrinin keçmiş leytenantı Bob Yakobsdan gəlmişdi. Yakobs 1967-ci ildə raketin sınaqdan keçirilməsi vaxtı sistemin başlığına UNO-dan işıq düşdüyünü demişdi.