Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

  • 20 Noyabr 2019

“10 ildir ki, ölkədə sistemli formada elektron hökumət quruculuğu prosesi gedir. Bir xeyli uğurlar da əldə olunub. eGov və E-məhkəmə ilə bağlı çoxsaylı hüquqi sənədlər qəbul edilib. Lakin təcrübə göstərir ki, bizdə bu proses çox uzanır, bəzən çox çətinliklə irəli gedir”. 

Chip.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Ekspert əlavə edib ki, sistemlərin inteqrasiyasında və kordinasiyada ciddi problemlər var. Görünür ki, hələ də ayrı-ayrı məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar. Mənim təcrübəmdə olub ki, ayrı- ayrı məmurlar hansısa bir arayışın və ya çıxarışın elektron formada olmasını əsas gətirərək qəbul etməkdən imtina ediblər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır