Nəhəng şirkətlərin gələcək addımlarını anlamağa çalışarkən, alış üstünlüklərinə baxmaq bu haqda vacib fikirlər verir. Dünyanın ən çox satınalma həyata keçirən şirkətlərindən biri olan Google yenidən çox danışılacaq bir addım atdı. Google-un Fitbit-i keçən həftə 2,1 milyard dollar qarşılığında aldığı açıqlanmışdı. Bəs sizcə bu iş bu qədər məsum bir biznes addımıdır?
Bu alışı Google-un geyinilə bilən texnologiya bazarında yaxşı bir məhsul markası ilə varlğını gücləndirməsi olaraq şərh edə bilərik. Və ya “Google istifadəçilərin çox sayda şəxsi məlumatlarından istifadə edərək yeni reklam modelləri hazırlayacaq” demək də mümkündür. Məsələn, Fitbit insanların yuxu rejimini bildiyindən, göstərəcəkləri reklamları müxtəlifləşdirə və hədəf ala bilər. Məhsul yuxu problemi və ya xoruldama problemi olan insanlara reklam da göstərə bilər. Nümunələri saymaqla bitmir. Bir reklam verən üçün inanılmaz bir fürsətdir, ancaq istifadəçilər üçün eyni şey haqqında danışa bilərikmi?
“Google boşanmaları 6 ay əvvəlcədən bilir” deyə Amerikada bir deyim var. Siz hərəkətə keçmədən, hətta qərar verməmişdən əvvəl şirkətlər böyük məlumat təhlili ilə nə edəcəyinizi təxmin edə bilirlər. Google-ın Fitbit-i almağı, əlində toplanmış böyük məlumat bazasının əksik hissəsini tamamlamağa imkan verəcəkdir.
techland.az
chip.az