Ödəniş terminallarının mobil əlavələri istifadəyə veriləcək

  • 19 Noyabr 2019

Azərbaycanda “eManat” ödəniş terminallarının mobil əlavəsi istifadəyə veriləcək.

Chip.az bildirir ki, istifadəyə veriləcək “eManat+” adlı tətbiq həm “Android”, həm də “iOS” mobil qurğuları üçün nəzərdə tutulub.

Mobil əlavə terminallarda olan müxtəlif xidmətləri onlayn ödəmə imkanını yaradacaq. Onların sırasına kommunal xidmətlərin, mobil və stasionar rabitə operatorların, internet provayderlərin, bankların, sığorta şirkətlərin və digər xidmətlərin ödənişlərin aparılması mümkün olacaq.

Qeyd edək ki, bu yaxınlarda “Komtec” şirkəti “MilliÖn” ödəniş terminalların mobil əlavəsini istifadəyə verib. “Android” və “iOS” qurğuları üçün nəzərdə tutulan bu tətbiq vasitəsilə “MilliÖn” terminallarında olan bir çox xidmətlərin onlayn ödənişini aparmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır