ABŞ-da uçan motosiklet ixtira etdilər

  • 19 Noyabr 2019

ABŞ-da uçan motosikletin istehsalı ilə bağlı məlumat verilib.

Chip.az big.az-a istinadən bildirir ki, istehsalçıların məlumatına əsasən, qeyri-adi nəqliyyat vasitəsi 4.5 km hündürlüyə qədər qalxa bilir və saatda 600 km sürətlə hərəkət edir.

Qeyd edilir ki, konstruksiya vertikal uçuş və eniş üçün nəzərdə tutulub. Mühərrik isə kerosin, dizel və aviasiya yanacağı ilə çalışır. İlk nüsxənin istehsalı üçün 2 milyon dollar yığılıb. Uçuş müddəti hündürlükdən və pilotun çəkisindən asılı olaraq 10-22 dəqiqə arasında dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər