5G şəbəkələrində 12 ciddi boşluq aşkar edilib

  • 19 Noyabr 2019

Beşinci nəsil mobil şəbəkələr təhlükəsiz kimi xarakterizə edilsə də, kibertəhlükəsizlik sahəsində mütəxəssislər yeni rabitə standartında bir sıra boşluqlar aşkar etməyə nail olublar. "5G" həllərin texnoloji çatışmazlıqlarından istifadə edən ABŞ-ın iki universitetinin alimləri istifadəçilərin qurğularına müxtəlif hücumlar həyata keçirməyə nail olublar.

Chip.az ictnews.az-a istinadən bildirir ki, Ayova və Perdyu universitetlərinin tədqiqatçılar komandası "5G" şəbəkələrində bir sıra sınaqlar keçiriblər. Sınaqlar zamanı onlar rabitə protokollarında 12 müxtəlif boşluq aşkar ediblər. Bu boşluqların köməyilə onlar abunəçilərin yerini izləyə, saxta həyəcan siqnalları yayımlaya, hətta smartfonları mobil şəbəkədən ayıra biliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır