Polşa hərbi qulluqçuları amerikalı hərbçilərlə birgə təlimlər keçib

  • 18 Noyabr 2019

Polşalı hərbi qulluqçular ABŞ-ın Qərbi Virciniya ştatının qvardiyası və xüsusi təyinatlı qüvvələri ilə Elkins şəhəri yaxınlığında təlimlərdə iştirak edib.

Chip.az ordu.az-a istinadən xəbər verir ki, Polşa qoşunları “Guardian Ridge Runner” proqramı çərçivəsində bu təlimlərdə iştirak edirdi.

Qeyd olunur ki, təlimlərdə iştirak etmək üçün 100-dən çox hərbi qulluqçu noyabrın 1-də Qərbi Virciniyaya gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır