Dünən Pakistanın Kəraçi ərazisində ölkənin Hərbi Dəniz Qüvvələrinin Xüsusi Xidmət Qrupu və Bəhreyn Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri arasında keçirilən “Shaheen Al Jazeera-2019” ikitərəfli təlimləri başa çatıb.
Chip.az ordu.az-a istinadən xəbər verir ki, 10 gündür davam edən təlimlərin məqsədi hərbi əlaqələri gücləndirmək, koordinasiya və qarşılıqlı əlaqə yaratmaq və peşəkar təcrübə mübadiləsi aparmaq idi.
Qeyd olunur ki, bağlanış tədbiri Kəraçi yaxınlığındakı Ərəb dənizində keçirilib və Pakistan Hərbi Dəniz Gəmisinin göyərtəsində Bəhreyn Hərbi Dəniz Qüvvələri Komandiri təlimin keçirilməsini yüksək qiymətləndirib.