Bankirdən məsləhət: Amazon-un səhmlərini satıb - BİTKOİN ALIN

  • 18 Noyabr 2019

«Morgan Creek Capital» şirkətinin rəhbəri investorları «Amazon» və «Google» kimi şirkətlərin səhmlərinə pul yatırmaqdansa, pullarını bitkoinə yatırmağa çağırıb.

Chip.az FED.az-a istinadən xəbər verir ki, «Digital Asset Summit»də çıxış edən şirkət rəhbəri Mark Yusko bildirib ki, qazanc üçün blokçeyn səhmlərdən daha yaxşı imkandır: «Cin (yəni blokçeyn və onun yaratdığı imkanlar) bir də şüşəyə qayıtmayacaq. O irəliləyər, və insanlıq tarixində ən böyük sərvət yaratmaq imkanına malikdir».

Yusko blokçeynin inkişafını internetin yaranması ilə müqayisə edib. Amma onun fikrincə, indi vəziyyət fərqlidir: «Amazon»un səhmlərindən yaxa qurtarın, bu on illiklərlə itirilən ölü pullardır, «Google» və «Amazon» kimi şirkətləri yeni texnoloji evolyusiya tutacaq».

Şirkət rəhbərinin fikrincə, bitkoin Amazon-dan daha sərfəli investisiya variantıdır. «Morgan Creek Capital»ın rəhbəri bildirib ki, öz müştərilərini öz aktivlərinin 1%-ni bitkoinə yatırmağı məsləhət görür. Bu şirkət bu yatırıma ənənəvi maliyyə sisteminin risklərindən qorunmaq üçün «rəqəmsal qızıl» kimi baxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır