Azərbaycanda 5G texnologiyasının tətbiqi mümkündür, yoxsa...?

  • 18 Noyabr 2019

Azərbayvandakı mövcud texnoloji reallıq çərçivəsində 5G texnologiyasının ölkəmizdə tətbiqi və tam yüksək internet sürətinin əldə olunmasını nə qədər mümkündür?..

İKT mütəxəssisi: “Ölkə əhalisinin əksəriyyəti provayderlərdən çox ciddi narazılıq edirlərsə, 4G nin istifadəsi ölkədə tam və normal bir şəkildə istifadəyə verilməsi mümkün deyilsə, 5G-nin sadəcə adı 5G olaraq qalacaq. Yenidən əhalinin aldadılması davam edəcək”.

“Müasir dövrdə bir çox sahələrdə Avropayla özümüzü müqayisə etsək də, əslində nəinki Avropadan, hətta MDB ölkələrinin bir çoxundan geri qalırıq. Bu sahələrdən biri də internet sürəti və onun keyfiyyəti məsələsidir”.

Bu sözləri İKT mütəxəssisi Mehdi Mustafayev 5G texnologiyasının ölkəmizdə gözlənilən tətbiqini PİA.az-a şərh edərkən qeyd edib.

Dekabr ayından etibarən ölkədə beşinci nəsil simsiz texnologiya adlanan 5G şəbəkəsi tətbiq olunmağa başlayacaq. Müəyyən bir ərazini əhatə edəcək bu yenilik deyilənə görə, istifadəçilərə yüksəksürətli internet üstünlüyü yaşadacaq.

Azərbaycanda internetin sürətində problemlər olduğunu və göstərilən xidmətin qanedici olmadığını bilirik. Demək olar ki, 4G texnologiyası belə ölkəmizdə özünü doğrultmayıb. Azərbayvandakı mövcud texnoloji reallıq çərçivəsində 5G texnologiyasının ölkəmizdə tətbiqi və tam yüksək internet sürətinin əldə olunmasını nə qədər mümkündür?

Chip.az PİA.az-a istinad edərək, Mehdi Mustafayevin fikirlərini sizə təqdim edir.

Mehdi Mustafayev: “Bir halda ki, ölkədə avtobus və metroda sərnişinlər free WiFi istifadə edə bilmirlər, Azərbaycanda 5G-nin keyfiyyətli internet resursu olacağına heç bir əsas yoxdur”.

Bakının mərkəzinə yaxın yerlərə belə ölkədəki provayderlərin internet verə bilmədiklərini vurğulayan İKT mütəxəssisiPİA.az-a açıqlamasında bildirib ki, “Ailə TV”, “Katv”, “Eurocell”, “Citynet” və bütün özəl internet provayderləri Bakının mərkəzindən başqa kənar əraziləri internet resurslarıyla təmin edə bilmirlər:

“Bildiyimiz kimi Azərbaycanda bir çox sahələrdə ciddi monopoliya olduğu kimi internet resursları da “Aztelekom” telekommunikasiyanın inhisarındadır . Bir müddət öncəki mətbuatı izləmiş olsaq, görərik “Azercell” deyil, “Bakcell” 5G texnologiyasını ölkədə tətbiq etməli idi. Amma ki, müəyyən səbəblərdən 5G texnologiyası “Azercell”ə verilmiş oldu.

Müasir dövrdə bir çox sahələrdə Avropayla özümüzü müqayisə etsək də, əslində nəinki Avropadan, hətta MDB ölkələrinin bir çoxundan geri qalırıq. Bu sahələrdən biri də internet sürəti və onun keyfiyyəti məsələsidir. Hal-hazırda ölkədə 4G internet şəbəkəsinin istifadəsində hər gün çox ciddi problemlər yaşanır. Ölkə əhalisinin əksəriyyəti provayderlərdən çox ciddi narazılıq edirlərsə, 4G-nin istifadəsi ölkədə tam və normal bir şəkildə istifadəyə verilməsi mümkün deyilsə, 5G-nin Azərbaycanda sadəcə adı 5G olaraq qalacaq. Yəni heç bir dəyişiklik olmayacaq və yenidən əhalinin aldadılması davam edəcək.


Mehdi Mustafayev: “Bu gün “Bakubus MMC”-nin avtobuslarında free WiFi olsa da, bunun istifadəsi mümkün deyilsə, 5G-nin keyfiyyətli olacağı çox şübhə doğurur”.

Bu gün Avropa, qonşu ölkələrdə pulsuz ictimai internet resurslarından yararlanmaq çox asandır. Ölkəmizdə isə gündəlik həyatda ictimai nəqliyyatdan hər gün istifadə ediriksə, təbii ki, onlarda free WiFi olmalıdır. Amma bu gün “Bakubus MMC”-nin avtobuslarında free WiFi olsa da, bunun istifadəsi mümkün deyilsə, 5G-nin keyfiyyətli olacağı çox şübhə doğurur. Çünki 4G texnologiyası özünü doğrulda bilmədi. Bir halda ki, ölkədə sərnişinlər free WiFi istifadə edə bilmirsə, 5G-nin keyfiyyətli internet resurslarından olacağına heç bir əsas yoxdur.

Onu da qeyd edim ki, Bakının mərkəzinə yaxın yerlərə belə ölkədəki provayderlər internet verə bilmirlər. Məsələn “Ailə TV”, “Katv”, “Eurocell”, “Citynet” və bütün özəl internet provayderləri Bakının mərkəzindən başqa kənar əraziləri internet resurslarıyla təmin edə bilmirlər. Bütün bunlar çox ciddi narazılıq yaratmaqdadır və haqlı olaraq istifadəçilərin çox ciddi narazılığına səbəb olur”.

Nərminə UMUDLU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır