Elektrik enerjisinin ixracı artıb

  • 15 Noyabr 2019

Bu ilin yanvar-oktyabr aylarında ölkədən 1 milyard 455 milyon 380 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, ixrac olunan elektrik enerjisinin dəyəri 62 milyon 947 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 266 milyon 198 min kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 59 milyon 637 min dollar təşkil etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır