Elektron pul kisəsi mövzusunda maarifləndirici animasiya hazırlanıb

  • 15 Noyabr 2019

Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Maliyyə Korporasiyasının ölkə nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində “Elektron pul kisəsi” animasiyası hazırlanaraq istehlakçıların istifadəsinə verilib.

Chip.az AZƏRTAC-a istinnadən xəbər verir ki, maarifləndirici animasiyada konkret nümunələr əsasında elektron pul kisəsinin istifadəsinin üstünlükləri izah olunub, müxtəlif əhali qrupları arasında bu resursdan istifadə təşviq edilib.

Yeni animasiya ilə https://bizimpullar.az/video-135  elektron ünvanından tanış olmaq olar.

Qeyd edək ki, bu resursun hazırlanmasında əsas məqsəd elektron ödənişlərin genişləndirilməsinin dəstəklənməsi, eləcə də elektron pul kisəsinin istifadə sahələri barədə əhalini məlumatlandırmaq və onların belə məhsullardan istifadə bacarıqlarını artırmaqdır. Bütövlükdə bu istiqamətdə hazırlanmış resurslar əhalinin rasional qərar qəbuluna intellektual dəstəyin göstərilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır